Главная > Hərbi > Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb6-03-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Вернуться назад |