Главная > Hərbi > Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək


5-03-2025, 12:50. Разместил: Rss Bot Apa

Martın 5-də saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-in məlumatında deyilir.


Вернуться назад