Главная > Hərbi > Gürcüstan nümayəndə heyəti Bakıda hərbi təhsil müəssisələrində olub
Gürcüstan nümayəndə heyəti Bakıda hərbi təhsil müəssisələrində olub13-12-2024, 17:50. Разместил: Rss Bot Apa |
|
Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər. APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər heyətləri ilə görüşüblər. Вернуться назад |