Главная > Hərbi > Azərbaycan-NATO əlaqələrinin inkişafı, orduda aparılan islahatlar müzakirə olunub
Azərbaycan-NATO əlaqələrinin inkişafı, orduda aparılan islahatlar müzakirə olunub5-12-2024, 13:50. Разместил: Rss Bot Apa |
|
NATO nümayəndə heyəti Azərbaycanda təhsil müəssisələri və hərbi hissədə olub. Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "15-ci NATO günləri" tədbiri çərçivəsində ölkəmizə səfəri zamanı NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi təhsil müəssisələri və "N" hərbi hissəsini ziyarət edib. NATO nümayəndə heyəti əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutda olub. Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər haqqında brifinq təqdim edilib.
Вернуться назад |