Главная > Hərbi > Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib3-12-2024, 19:50. Разместил: Rss Bot Apa |
|
Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Sizinxeber.az-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib. Вернуться назад |