Главная > Hərbi > Quru Qoşunları, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Gənclər Günü qeyd olunub
Quru Qoşunları, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Gənclər Günü qeyd olunub2-02-2024, 22:33. Разместил: Rss Bot Report |
|
2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Quru Qoşunlarında, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Plana uyğun olaraq, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, "dəyirmi masa"lar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər və idman yarışları təşkil olunub, “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və Gənclər Gününün təsis olunmasından, bu gün dahi rəhbərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlar ilə çıxış ediblər. Вернуться назад |