Главная > Hərbi > Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib
Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib9-11-2024, 13:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 noyabr tarixində təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Başsağlığında deyilir: "Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Вернуться назад |