Главная > Hərbi > Bakıda Zəfər Günü münasibətilə yürüş keçirilib - FOTO - YENİLƏNİB
Bakıda Zəfər Günü münasibətilə yürüş keçirilib - FOTO - YENİLƏNİB8-11-2024, 12:50. Разместил: Rss Bot Apa |
|
Bu gün Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə yürüş təşkil olunub. Sizinxeber.az xəbər verir ki, yürüş hərbi orkestrlərin müşayiəti ilə baş tutub. Hərbi qulluqçular saat 10:00-dan yürüşə başlayıblar. Yürüş iştirakçıları şəhərin mərkəzi küçə, prospekt və meydanlarından keçid ediblər. *** 10:04 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüş təşkil olunub. Sizinxeber.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan yürüşə başlayıblar. Yürüşlər aşağıdakı marşrutlar üzrə nəzərdə tutulub: Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi; Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli; Yasamal parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı; “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti; Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi; Вернуться назад |