Главная > Hərbi > Azərbaycan Ordusunun döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib - VİDEO
Azərbaycan Ordusunun döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib - VİDEO6-11-2024, 16:00. Разместил: Rss Bot Apa |
|
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib. APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, üç mərhələ üzrə həyata keçirilmiş təlimdə HDQ-nin döyüş gəmiləri dəstəsi və dəniz piyadaları iştirak edib. Qeyd edilib ki, təlimin keçirilməsində əsas məqsəd ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə döyüş əməliyyatlarının aparılması və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir.
Вернуться назад |