Главная > Hərbi > Azərbaycan və İran Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçirəcək - FOTO - VİDEO - YENİLƏNİB
Azərbaycan və İran Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçirəcək - FOTO - VİDEO - YENİLƏNİB3-11-2024, 20:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək. APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər. APA-nın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Birgə hərbi təlim “Sülh və dostluq naminə əməkdaşlıq!” şüarı altında keçirilir. Вернуться назад |