Главная > Hərbi > Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb30-10-2024, 14:00. Разместил: Rss Bot Report |
|
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir. Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb. Azərbaycan Respublikasının müdafiə naziri "Mərakeş Aviaşou 2024" sərgisinə dəvətə görə həmkarına təşəkkür edib. Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı ilə "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş"ini imzalayıb. Вернуться назад |