Главная > Hərbi > Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir
Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir25-10-2024, 13:00. Разместил: Rss Bot Report |
|
Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. “Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir. Вернуться назад |