Главная > Hərbi > Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb
Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb, hərbi əməkdaşlıq planı imzalanıb23-10-2024, 12:50. Разместил: Rss Bot Apa |
|
Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb. Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Вернуться назад |