Главная > Hərbi > Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır - VİDEO
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır - VİDEO18-10-2024, 13:00. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur. Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır. Вернуться назад |