Главная > Hərbi > Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25-09-2024, 14:50. Разместил: Rss Bot Apa |
|
Sentyabrın 25-də Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb. APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib.
Вернуться назад |