Главная > Hərbi > Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10-09-2024, 13:50. Разместил: Rss Bot Apa |
|
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib. Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan MN-in məlumatında deyilir. Məlumata görə, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə cənab İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Вернуться назад |