Главная > Hərbi > Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək


9-09-2024, 18:30. Разместил: Rss Bot Report

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.


Вернуться назад