Главная > Hərbi > Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir


3-09-2024, 16:50. Разместил: Rss Bot Apa

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3-6 sentyabr tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - məlumatda vurğulanıb.


Вернуться назад