Главная > Hərbi > Seyfəlidə yararsız döyüş sursatları məhv edilir

Seyfəlidə yararsız döyüş sursatları məhv edilir


3-09-2024, 16:30. Разместил: Rss Bot Report

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-adək Seyfəli poliqonunda həyata keçiriləcək:

"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək."


Вернуться назад