Главная > Hərbi > Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz növbəti dəfə atəşə tutulub


16-08-2024, 08:50. Разместил: admin

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Вернуться назад