Главная > Hərbi > Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib - FOTO - VİDEO
Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib - FOTO - VİDEO5-08-2024, 23:50. Разместил: Rss Bot Apa |
|
Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. APA xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib. Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.
Вернуться назад |