Главная > Hərbi > Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib
Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib5-08-2024, 23:30. Разместил: Rss Bot Report |
|
Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib. Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir. Вернуться назад |