Главная > Hərbi > Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub30-07-2024, 11:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə APA-ya hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək. Qeyd edək ki, Rəhim Laçınovun həbsi barədə məlumatı ilk olaraq "Bizim.Media" yayıb.
Вернуться назад |