Главная > Hərbi > “IDEF 2025” sərgisində müdafiə sənayesi sahəsi ilə bağlı müzakirələr aparılıb
“IDEF 2025” sərgisində müdafiə sənayesi sahəsi ilə bağlı müzakirələr aparılıb25-07-2025, 10:00. Разместил: Rss Bot Apa |
|
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriya Federativ Respublikasının müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Khalid bin Hussein Al-Biyari ilə görüşüb. MSN-dən APA-ya verilən xəbərə görə, görüşlər zamanı “IDEF 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb. Вернуться назад |