Главная > Hərbi > Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib
Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib24-07-2025, 13:00. Разместил: Rss Bot Report |
|
2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Вернуться назад |