Главная > Hərbi > Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub

Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub


15-07-2025, 21:00. Разместил: Rss Bot Report

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.


Вернуться назад