Главная > Hərbi > Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib


29-07-2024, 08:30. Разместил: Rss Bot Report

İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", – hərbi qurumun məlumatında qeyd olunub.


Вернуться назад