Главная > Hərbi > Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir9-07-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb. Müdafiə Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, manevr Azərbaycanda keçirilir. Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib. Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb. Təlim iyulun 10-dək davam edəcək. Вернуться назад |