Главная > Hərbi > Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək7-07-2025, 10:50. Разместил: Rss Bot Apa |
|
Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq". Вернуться назад |