Главная > Hərbi > Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda olub20-06-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda tətbiq olunan beynəlxalq hərbi təcrübənin və müasir texnoloji yeniliklərin hərb elmi və təhsil sisteminin inkişafına müsbət təsir göstərdiyini bildirib.
General-polkovnik K.Vəliyev hərbi institutda təhsil alan kursantlara öz üzərilərində daim çalışmaq və ixtisas hazırlığına xüsusi diqqət yetirərək peşəkar zabit kimi inkişaf etmək ilə əlaqədar tövsiyələrini verib, onlara xidmətlərində uğurlar arzulayıb. Sonda təhsilin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin göstərişləri hərbi təhsil müəssisəsinin rəhbərliyinə çatdırılıb və aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilib. Вернуться назад |