Главная > Hərbi > Zakir Həsənov İrana başsağlığı verib
Zakir Həsənov İrana başsağlığı verib13-06-2025, 17:00. Разместил: Rss Bot Report |
|
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığı mesajında bildirilib: "İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm". Вернуться назад |