MN: "Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir"
sizinxeber.az xəbər saytı

MN: "Azad olunan ərazilərdə hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir"


Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir.

Oxşar xəbərlər

Müdafiə Nazirliyində mühüm iclas: Zakir Həsənov tapşırıqlar verdi
MN: "Bu il azad olunan ərazilərdə 955 mina zərərsizləşdirilib"
ADY: Sərnişin qatarları qrafik üzrə hərəkət edir
Hərbi silah və texnikanın hərəkəti barədə məlumat yayanları 8 ilədək həbs cəzası gözləyir
Ordumuz erməni mövqelərini darmadağın edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər