Müdafiə nazirinin müavini: Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib
Azərbaycan torpaqlarında 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədilib.
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.
O bildirib ki, bu müddət ərzində davamlı olaraq mülki əhali, infrastruktur, bağçalar, məktəblər atəşə tutulub: "30 il ərzində həyata keçirilən hərbi cinayətlər nəticəsində təəssüf ki, mülki şəxslər arasında da böyük itkilər olub. Bu müddət ərzində itkin düşmüş 4000 min azərbaycanlı haqqında isə heç bir məlumat verilmir".
Bölgədə uzun illər ərzində basdırılmış minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 2020-ci il 10 Noyabr üçtərəfli bəyannaməsindən sonra 379 nəfər mina qurbanı olub: "Azad olunmuş ərazilərdə indiyədək 156 mindən çox partladılmamış sursat aşkar olunaraq zərərsizləşdirilib. Təqdim olunan mina xəritələri isə qeyri-dəqiqdir".
Aytən Sakitqızı
Oxşar xəbərlər
Müdafiə nazirinin müavini: Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub
Bakıda hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar mövzusunda seminar keçirilir - FOTO
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
İtaliyanın müdafiə naziri Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
