Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən "Sizinxeber.az"a bildirilib ki, keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
"Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 44 günlük Vətən müharibəmizin başlanma tarixinin uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpasına, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan tarixi gün olduğu xüsusi qeyd edilib.
Tariximizə qızıl hərflərlə yazılan Qələbənin qazanılmasında xalqımızın rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.
Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarını ziyarət edən hərbi qulluqçular şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə ediblər", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
