Müdafiə naziri Zəfər parkında və İkinci Fəxri xiyabanda olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Müdafiə naziri Zəfər parkında və İkinci Fəxri xiyabanda olub - YENİLƏNİB


Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar müdafiə naziri Zakir Həsənov və nazirliyin şəxsi heyəti İkinci Fəxri Xiyabanı ziyarət edib.

"Sizinxeber.az" xəbər verir ki, onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.

11:14

Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızılgül dəstələri düzüb.

Oxşar xəbərlər

MN rəhbərliyi Anım Günündə Zəfər parkında olub
Müdafiə naziri Zəfər parkında olub
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə olublar, bölmələrə tapşırıqlar verilib
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər