"ASELSAN"nın istehsal etdiyi hava hücumundan müdafiə sisteminin Azərbaycana verilməsi üçün danışıqlar aparılır
sizinxeber.az xəbər saytı

"ASELSAN"nın istehsal etdiyi hava hücumundan müdafiə sisteminin Azərbaycana verilməsi üçün danışıqlar aparılır


Türkiyənin "ASELSAN" şirkətinin istehsalı olan "HERİKKS" hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar gedir.

"Report" xəbər verir ki, bu barədə "ADEX-2024" sərgisində şirkətin nümayəndəsi məlumat verib.

Bildirilib ki, bu sistemlər Kəlbəcər ərazisində, yüksəkliklərdə quraşdırılaraq, istismara verilib. Hazırda sistemlər "ADEX-2024" sərgisində də nümayiş olunur.

Şirkətin nümayəndəsi bildirib ki, sözügedən sistemlər radarların qeydə aldığı məlumatları komanda məntəqəsinə ötürür, silah hədəfi həm əl ilə, həm də avtomatik aşkarlayır. Bu sistemlər hərəkətdə olduğu zaman da fəaliyyət göstərə bilir.

Oxşar xəbərlər

"ADEX 2024" sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb
"ASELSAN"-ın baş direktoru: Azərbaycanla birgə istehsalın həyata keçirilməsi istiqamətində iş aparılır
Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi “ADEX-2024”də təmsil olunacaq
Türkiyənin müdafiə naziri V “ADEX-2024” sərgisi ilə tanış olub
Polşa “Patriot” üçün 48 buraxılış qurğusu istehsal edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər