İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfər edib - VİDEO
İyulun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qarşılanma mərasimindən sonra keçirilən görüşdə general-polkovnik Kərim Vəliyev italiyalı həmkarını ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan ilə İtaliya arasında hərbi sahədə mövcud münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Baş Qərargah rəisi qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general Luçano Portolano ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib və bunun ordularımızın inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, inkişaf perspektivləri və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
İtaliya nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzinə gəlib. Qonaqlara Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada yaradılmış şəraitlə yaxından tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
Sonda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsi ziyarət olunub.
Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.
İtaliyalı nümayəndələrə hərbi hissə haqqında ətraflı məlumat verilib. Qonaqlar hərbi hissə ilə tanışlıqdan sonra XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.


width="220" alt="Azərbaycan-İtaliya hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi müzakirə edilib - VİDEO" />
width="220" alt="Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />