Nazir: TDT-də müdafiə sənayesi üzrə əməkdaşlıq milli müdafiə potensialının güclənməsinə xidmət edəcək
Türk dövlətləri arasında müdafiə sənayesi sahəsində qurulacaq möhkəm əməkdaşlıq mexanizmləri ortaq təhlükəsizlik maraqlarını təmin etməklə yanaşı, milli müdafiə potensialının da gücləndirilməsinə xidmət edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında deyib.
Nazir qeyd edib ki, Azərbaycan TDT-nin əhəmiyyətini yüksək qiymətləndirir və bu platforma yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi üçün strateji fürsətdir.
V.Mustafayev TDT ölkələrinin müdafiə sənayesi sahəsində birgə elmi-tədqiqat layihələrinin təşkili, texnoloji biliklərin mübadiləsi, mühəndis və texniki kadrların hazırlanması, qarşılıqlı təcrübə proqramları, həmçinin birgə istehsal kimi istiqamətlərdə böyük potensialının olduğunu vurğulayıb.
Bu təşkilatın müdafiə sənayesi sahəsində Türk dövlətlərinin texnoloji asılılığını minimuma endirmək üçün zəruri platforma olduğunu bildirən V.Mustafayev ölkələr arasında strateji əməkdaşlığın, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılıb, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Oxşar xəbərlər
Bu il TDT-yə üzv dövlətlərin müdafiə sənayesi institutlarının rəhbərlərinin ilk görüşü keçiriləcək
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
