Zakir Həsənov Türkiyədə Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib
sizinxeber.az xəbər saytı

Zakir Həsənov Türkiyədə Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.

Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycan MN-in rəhbərliyi Türkiyədə “IDEF 2025” sərgisində iştirak edir
Zakir Həsənov Türkiyədə Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər