Ermənistanın bundan danışmağa haqqı yoxdur - HacıyevSizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 20:27

Ermənistanın bundan danışmağa haqqı yoxdur – Hacıyev

Ermənistanın bundan danışmağa haqqı yoxdur – Hacıyev
ƏLAVƏ OLUNUB :

29 Noyabr 2020 - 1:33

Məşhur Qarabağ şikəstəsi muğamı yenidən Qarabağ torpağına qayıdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Gənc müğənni bu gün (dünən-red) dağıdılmış və talan edilmiş Ağdam Mədəniyyət Evinin qarşısında çıxış etdi. Qarabağ Azərbaycan xalqının təqribən min illərlə tarixi olan mədəni və sivil irsidir”, – PA rəsmisi deyib.

Prezidentin köməkçisi qeyd edib ki, işğal edilmiş torpaqlarda, o cümlədən Ağdamda Azərbaycan xalqının mədəni və dini irsinə qarşı belə vandalizmdən sonra Ermənistanın dəyərlərdən danışmağa haqqı yoxdur.

Ağdamı Cənubi Qafqazın “Xirosiması” adlandıran Hikmət Hacıyev Ermənistanın 30 illik işğal müddətində burada törətdiyi dağıntıların nüvə silahından da pis olduğunu qeyd edib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.