Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

28 Ocak 2021 - 11:30

Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi – FOTO

Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi – FOTO
ƏLAVƏ OLUNUB :

30 Noyabr 2020 - 13:51

Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi – FOTO
Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib.
Report-un məlumatına görə, o, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin tabutuna bükülən üçrəngli bayraq Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.