“Allahverdi Bağırov şəhid olduqdan sonra bir nəfər də əsir düşən Xocalı sakini geri qaytarıla bilmədi...” - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

13 Nisan 2021 - 10:17

“Allahverdi Bağırov şəhid olduqdan sonra bir nəfər də əsir düşən Xocalı sakini geri qaytarıla bilmədi…”

“Allahverdi Bağırov şəhid olduqdan sonra bir nəfər də əsir düşən Xocalı sakini geri qaytarıla bilmədi…”
ƏLAVƏ OLUNUB :

26 Fevral 2021 - 16:05

“Allahverdi Bağırov min nəfərdən çox əsir düşən Xocalı sakininin xilas edilməsinə nail olub. Yəni o vaxt onun şəxsi nüfuzunun və xüsusi bacarığının hesabına bunlar oldu”

Sizinxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyib. F.Məmmədov Allahverdi Bağırovu nəinki Xocalı sakinlərinin, Azərbaycan xalqının unutmadığını bildirib: “Allah cəmi şəhidlərimiz və o cümlədən də Allahverdi Bağırova da rəhmət eləsin. Allahverdi Bağırov min nəfərdən çox əsir düşən Xocalı sakininin xilas edilməsinə nail olub. Yəni o vaxt onun şəxsi nüfuzunun və xüsusi bacarığının hesabına bunlar oldu. Təsadüfi deyil ki, A.Bağırov şəhid olduqdan sonra bir nəfər də olsun əsir düşən Xocalı sakini geri qaytarıla bilmədi. Bu isə onun göstəricisi idi ki, burda A.Bağırovun özünün şəxsi kimliyinin xüsusi əhəmiyyəti var idi. O, böyük qəhrəman idi. Bu gün bütün Xocalı sakinləri onu xatırlayırlar və etdiklərini də yüksək qiymətləndirirlər.

A.Bağırov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldüyünə görə dövlətimiz tərəfindən də onun qəhrəmanlığı yüksək qiymətləndirilib”. F.Məmmədov Xocalı faciəsini tarixin qara ləkəsi adlandırıb: “Xocalı faciəsi tarixdə qara ləkədir. Bu ümumilikdə erməni faşistləri tərəfindən həyata keçirilib. Soyqırım hadisələri heç vaxt unudulmur. Bundan əvvəlki müharibələrdə hər hansı bir millətin soyqırıma məruz qalması dünya ölkələri tərəfindən lənətlənmişdir. O cümlədən də ermənilərin bu soyqırımı son dövrlərin səhifəsində qara ləkədir və heç vaxt da unudulmayacaq. Dünya xalqlarının ədalətli olanları da soyqırımla bağlı öz sərt mövqeyini göstərəcəkdir”.

 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.

dubai escort berlin escort sex hikayeleri seks hikayeleri porno