Sizinxeber.az – Azərbaycan Xəbərləri

XİN: Hərbi qulluqçumuzu qətlə yetirənlər cəzalandırılacaq

XİN: Hərbi qulluqçumuzu qətlə yetirənlər cəzalandırılacaq
10 dəfə Baxılıb
25 Sentyabr 2019 - 0:49

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”. Bizimyol.info xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. “Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”, – deyə məlumatda vurğulanır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]