21 əsgəri xilas edən şəhid Əsəd Əsədli...Sizinxeber.az – Azərbaycan Xəbərləri

23 Ocak 2021 - 21:15

21 əsgəri xilas edən şəhid Əsəd Əsədli…

21 əsgəri xilas edən şəhid Əsəd Əsədli…
ƏLAVƏ OLUNUB :

01 Dekabr 2020 - 23:49

“Səhər sübh namazından sonra ani gözümə yuxu getdi. Gördüm evin qapısı açıldı. Oğlum o qədər gözəllikdə, uca boyda, nur üzlə gəlmişdi ki…  Deyirəm, Əsəd, anan qurban, gəlmisən? Deyir hə, amma atama demə. Gəlib otağımızın qapısını öpdü. Dedi  “Ana,  neçə vaxtdı o qədər əziyyət çəkirik ki, şəhid olub indi haqqın dərgahına çatdım və rahatlandım”. 

Bu yuxunu 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarından olan 25 yaşlı Əsəd Əsədlinin anası Səidə Abbasova gözləri dola-dola bizimlə söhbətində danışır.

Əsəd ailə üzvlərinin çoxusunun yuxusuna girib, təkcə atasından başqa. Şəhidlik məqamına yüksəldiyini isə dayısı qızı Nuraya yuxusunda deyib.

Səidə ananın yuxusunda şahid olduğu oğlunun gülüşü isə gözünün qabağından getmir.  Şəhid anası qapılarının açılaraq oğlunun həmin gülüşlə yenə evlərinə daxil olacağını gözləyir.

“Qafqazinfo” nun əməkdaşları bu dəfə müharibəyə könüllü kəşfiyyatçı qismində yollanan  Ə. Əsədlinin ailəsiylə görüşüb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.