Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2026
12:30
0
0
1 259
ff aaaaaaa

Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir

05 may, 2026
12:30
1 259

Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir

Türkiyənin İstanbul şəhərində 5-ci "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Bildirilib ki, iki ildən bir təşkil olunan sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və s. sərgilənir.

Qeyd edək ki, V.Mustafayevin sərgi çərçivəsində bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

"SAHA 2026" sərgisi mayın 9-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul