Sizinxeber.Az

Qarabağda işğalçı ağır yaralanıb

0 1

Qarabağda Ermənistanın işğalçı ordusunun hərbi qulluqçusu göz nahiyəsinin ağır güllə yarası ilə Xankəndidə yerləşən hərbi hospitala çatdırılıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Sputnik-Armeniya” məlumat yayıb.

Məlumatda cənub istiqamətində yerləşən döyüş mövqelərindən birində qeyri-müəyyən şəraitdə yaralanan hərbçinin Rafik Vaqanyan olduğu bildirilir.

Yayılan informasiyanı yerli hospital da təsdiqləyib. Vəziyyətinin ağır olması ilə əlaqədar hərbçinin Yerevana göndərildiyi qeyd olunur.

 

Şərhlər
Loading...