12 yaşlı şəhid oğlu indi atasının o hisslərini yaşayır...Sizinxeber.az – Azərbaycan Xəbərləri

21 Ocak 2021 - 04:25

12 yaşlı şəhid oğlu indi atasının o hisslərini yaşayır…

12 yaşlı şəhid oğlu indi atasının o hisslərini yaşayır…
ƏLAVƏ OLUNUB :

12 Dekabr 2020 - 13:46

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati instaqramda şəhid Elmir Əliyevin dəfnindən fotolar paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, bir müddət əvvəl Ağdamın Quzanlı qəsəbəsinə gedərək şəhidin ailə üzvlərinin kədərinə şahid olduğunu qeyd edib:

“Quzanlıda Elmir Əliyevin dəfnində iştirak etdim. Elmir 12 yaşında ikən yaşadığı Ağdam rayonunun İsmayılbəyli kəndində erməni əsgərləri tərəfindən evindən çıxarıldı. Bütün ailəsi ilə birgə məcburi köçkün oldu. İkinci Qarabağın müharibəsi başlayanda könüllü olaraq döyüşə getdi və kəndini geri almaq üçün mübarizəyə qoşuldu. 3 noyabrda erməni snayperi tərəfindən vurularaq öldürüldü.

Oğlu, 12 yaşlı Məhərrəm atasının eyni yaşında yaşadığı itkinin bir güzgüsü olaraq, indi atasının itkisinə kədərlənir. Bu, müharibənin faciəsidir. Bu dövr sona çatmalıdır. Məhərrəm və 13 yaşlı bacısı Nurgülün dinc yaşamaq hüququ var”.




YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.