Vətən müharibəsinin yeganə qadın şəhidinin qızı medal qazandı - FOTO
Vətən müharibəsinin yeganə qadın şəhidinin qızı medal qazandı - FOTO

Vətən müharibəsinin yeganə qadın şəhidinin qızı medal qazandı – FOTO

Vətən müharibəsinin yeganə qadın şəhidinin qızı medal qazandı – FOTO
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir.
Oxu.Az-ın xəbərinə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən keçirilən yarışda Vətən müharibəsinin yeganə qadın şəhidi, çavuş və hərbi feldşer Arəstə Baxışovanın qızı Zəhra Məmmədli də medal qazanıb.
O, 44 kq çəki dərəcəsində gümüş medalla mükafatlandırılıb. Ona medalı federasiyanın vitse-prezidenti, dünya və ikiqat Avropa çempionu Niyaməddin Paşayev təqdim edib.
Qeyd edək ki, 11 yaşlı Zəhra Məmmədli ötən ildən taekvondo ilə məşğul olur. O, “Ümid” taekvondo klubunda 2006-cı ilin Avropa çempionu İlkin Şahbazovun rəhbərliyi altında məşq edir.

Səbuhi Musa

Sizinxeber.Az

Vətən müharibəsinin yeganə qadın şəhidinin qızı medal qazandı – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!