ilbet
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək
  • Sizinxeber.az –
  • Qarabağ
  • Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək

Abunə Ol
Dekabr 29, 2021 16:14
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək
0

BƏYƏNDİM

ABUNƏ OL

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq dövlət başçısının yeni Sərəncamı ilə onlara yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək. Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.
“Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq.
Sərəncama əsasən, aidiyyatı qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı  və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Nazirlik  “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.