featured

“Vasif Talıbova salam verən bir nəfər də vəzifədə qalmayacaq”

Naxçıvanda “təmizləmə əməliyyatı” davam edir. Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə müxtəlif yollarla yerli hakimiyyət strukturlarında təmsilçilik hüququ qazanmış adamlar bir-birinin ardınca tutduqları postlardan uzaqlaşdırılır.

Naxçıvanın “talıbovçular”dan təmizlənməsi ötən gün də davam edib. Belə ki, hazırda Naxçıvan Ali Məclisinin sədri səlahiyyətlərini icra edən Azər Zeynalov rəhbərlik etdiyi qurumda yüksək vəzifə tutan daha 2 nəfəri – Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədovu və Qəbul Sektoru şöbəsinin müdiri Rəşad Əhmədovu işdən azad edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında (MR) struktur islahatları və kadr dəyişiklikləri hələ Vasif Talıbov Ali Məclisin sədri olarkən başlayıb. Belə ki, 2022-ci il noyabr ayının 1-də Naxçıvan MR-nın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ləğv edilərək, onun yerində Azərbaycan Respublikası DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb. Elə həmin gün də Möhsün Aşurov idarə rəisi təyin edilib.

Naxçıvanda kadr dəyişiklikləri Vasif Talıbovun Ali Məclisin sədri vəzifəsindən istefa verməsindən sonra da davam edib. İlk səs-küylü təyinat isə ötən il dekabrın 28-də baş tutub. Belə ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmriylə Naxçıvan MR DİN ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb. Nazirin həmin gün imzaladığı əmrlə Suraxanı rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov yeni idarəyə rəis təyin edilib.

Aldığımız məlumatlara görə, Naxçıvanda kadr islahalatları bundan sonra da davam edəcək. İşdən çıxmaq növbəsinin muxtar respublikanın ərazi inzibati bölgüsünə daxil olan rayonların icra başçılarına çatdığı bildirilir. Vaxtilə Vasif Talıbovun təqdimatı ilə bu postlara yiyələnmiş icra başçılarının hamısının qısa zamanda işdən çıxaırlacağı gözlənilir.

Naxçıvandakı mənbə saytımıza bildirib ki, dəyişikliklərdə məqsəd Talıbovların Naxçıvan üzərindəki təsirini minimuma endirməkdir. Onun sözlərinə görə, nəinki Vasif Talıbova yaxınlığı ilə tanınan, vaxtilə onun adamı olmasıyla öyünən insanlar, hətta nə vaxtsa Vasif Talıbova salam vermiş adamların hamısı gec-tez tutduqları vəzifələrdən uzaqlaşdırılacaq. /yenisabah.az/

Sizinxeber.Az

“Vasif Talıbova salam verən bir nəfər də vəzifədə qalmayacaq”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!